Naxçıvanda bayram namazı qılınıb - FOTOLAR

A- A A+

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

NUHÇIXAN xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub.

Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.

Bayram namazından sonra dualar oxunub.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: