Ötən ay Naxçıvanda əsas kapitala yönəldilmiş vəsaitin 92 faizi tikinti-quraşdırma işlərinə sərf olunub
Ötən aya muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 36 milyon 661 min manat vəsait yönəldilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 33 milyon 718 min manatı və ya 92 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.