"NUHÇIXAN" müstəqil informasiya portalının 7 yaşı tamam olur

A- A A+

Bu gün “NUHÇIXAN” müstəqil informasiya portalının fəaliyyətə başlamasından 7 il ötür.

Naxçıvanın ilk müstəqil informasiya portalı olan NUHÇIXAN 2018-ci il aprelin 1-də Azərbaycan, rus və ingilis dillərində fəaliyyətə başlayıb. Portal ötən 7 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən müstəqil informasiya portalının qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda və Naxçıvanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

NUHÇIXAN-ın fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Naxçıvan Televiziyasının “Xəbərlər” departamenti və NTV-nin Bakı bürosu ilə sıx əməkdaşlıq edən agentlik tez bir zamanda geniş oxucu və izləyici auditoriyası qazana bilib. 

Bu gün muxtar respublikada media sahəsində müşahidə edilən aktivlikdə “NUHÇIXAN”ın rolu danılmazdır. Portal Naxçıvanda fəaliyyət göstərən təşkilatların mətbuat xidmətlərini öz ətrafında toplayaraq muxtar respublika həqiqətlərini, görülən məqsədyönlü işləri geniş auditoriyaya çatdırır. 

Qeyd edək ki, 7 il ərzində NUHÇIXAN müstəqil informasiya portalında 122 mindən çox xəbər yerləşdirilib. Portalın "Youtube" kanalı üzərində abunəsinin sayı 93 mindən çox , yayımlanan videoların sayı isə doqquz minə yaxındır. İnstagram sosial şəbəkəsində isə abunə sayı 92 minə yaxındır. Feyzbukdakı səhifə və qruplarımızda isə izləyici sayı 450 min nəfəri ötür.  

Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Nuhcixan.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

NUHÇIXAN” müstəqil informasiya portalı bütün oxucularına, həmçinin ötən müddət ərzində media orqanı ilə əməkdaşlıq edən dövlət qurumlarına, deputatlara, QHT-lərə, vəkillərə, səfirliklərə, ekspertlərə təşəkkür edir, uğurlar arzulayır!

Anar Tağıyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: