Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulur - VİDEO

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində işlər davam etdirilir. Bu istiqamətdə Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasına başlanılıb.

Dövlət Proqramı  çərçivəsində  əhalinin içməli və suvarma suyu ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi də bunun təsdiqidir.  Layihənin həyata keçirilməsi üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb və tikinti işlərinin aparılması üçün keçirilən tender müsabiqəsində  "HOVERS GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Lalə Yusifova NUHÇIXAN-a bildirib ki,  sugətirici beton kanal əsasən Bənəniyar su anbarını doldurulur. Eləcə də, kanal altında olan 400 hektar əkin və  həyətyanı sahələr suvarma suyu ilə təmin edilir. Həmçinin 17.4 milyon kubmetr su tutumu olan Bənəniyar su anbarı Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir.

Mütəxəssislər qeyd edir ki, Əlincəçayda əsasən yaz və payız aylarında su çox olur. Həmin dövrdə sudan maksimum istifadə etmək lazım gəlir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanalın yenidən qurulması və sukeçirmə qabiliyyətinin 3 kubmetr saniyədən 5 kubmer saniyəyə çatdırılması su anbarının vaxtında  doldurulmasına imkan verəcək.

Lalə Yusifova qeyd edib ki, görülən işlərin  nəticəsində əkin sahələri daha çox  su ilə təmin olunacaq.  Həmçinin qeyd edək ki, layihənin icrası ilə su  anbarının vaxtında  doldurulması təmin ediləcək, kanalda su itkisinə yol verilməyəcək, həmçinin ətraf ərazilərin kifayət qədər  suvarma suyu ilə təmin  olunması həyata keçəcək. Əlbəttə ki, kanala təmiz su daxil olduğu üçün  istismarı da asanlaşacaq.

Sözügedən layihənin icrası həyata keçiriləndən sonra su anbarından qidalanan əkin sahələri kifayət qədər suvarma suyu ilə təmin ediləcək. Hazırda layihənin icrası çərçivəsində podratçı şirkət tərəfindən mobilizasiya işləri görülür. Eyni zamanda avtomobil və texnikaların hərəkəti üçün istismar yolu çəkilir. Yaxın günlərdə isə işlər tam sürətlə həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: