Ermənistanda 3,5 maqnitudalı zəlzələ olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinə istinadən məlumat yayıb.
Yeraltı təkanlar Gümrü və Taşir şəhərlərində də hiss olunub.
Qeyd edilib ki, yeraltı təkan aprelin 1-də saat 13:56-da Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən (Şirak vilayəti) 13 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Episentrdə zəlzələnin gücü 4-5 bal təşkil edib.