Bayram günlərində Naxçıvanda 56 yanğın olub, 1 hərbi sursat aşkar edilib

A- A A+

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) 56 yanğın olub, 1 hərbi sursat aşkar edilib.

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən (FHN) NUHÇIXAN-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında qurumun aidiyyəti strukturları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 56 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma və 1 hərbi sursatın aşkar edilməsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: