Babək rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var - FOTOLAR

A- A A+

Naxçıvan MR Babək rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

NUHÇIXAN-ın məlumatına görə, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb.

Belə ki, 77-YA-725 dövlət nömrə nişanlı "Changan" avtomobili ilə 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lİfan" markalı avtomobil toqquşub.

Qəzada Ordubad rayon Vənənd kənd sakinləri, 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan K.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: