Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Kitabxanasında Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini Rəşad Xudiyev Beynəlxalq Ana Dili Gününün mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra muxtar respublika Yazıçılar Birliyinin Sədri, Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Ən böyük milli dəyərimiz – ana dilimiz” mövzusunda, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki Mərkəzinin direktoru Səyyar Məmmədov isə “Dünya yaşıdı ana dilimizi qoruyaq” mövzusunda çıxış ediblər.

Tədbirdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları Xalq artisti Həsən Ağasoy və Nurbəniz Niftəliyeva şairlərimizin ana dili ilə bağlı şeirlərini bədii qiraət ediblər.

Tədbirin sonunda ana dilimizə dair nəşr olunan müxtəlif əsərlərin nümayiş olunduğu sərgiyə baxış olub.

Yaqub İsayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: