Konstitusiyadan diplomatiyaya: Fransa ilə ideoloji qarşıdurma

A- A A+

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi zərurətdən doğan və strateji baxımdan olduqca düzgün bir qərar, mütərəqqi bir addımdır. Bu konsepsiya yalnız simvolik deyil, həm də institutional consolidation – yəni dövlət institutlarının gücləndirilməsi, hüquqi sistemin dərinləşdirilməsi və milli suverenliyin real məzmun kəsb etməsinin göstəricisidir.

Bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə qarşılaşdığı ən sərt təzyiqlərdən biri Fransanın klassik post-imperial reflexlərindən qaynaqlanan neokolonial müdaxilə cəhdləridir. Belə müdaxilələr suveren dövlətin daxili işlərinə qarışmaqla yanaşı, həm də Cənubi Qafqazda “yeni köhnə düzən”in bərpasına yönəlmişdir.

Neokolonial strategiyalar və Fransa: Köhnə imperiyanın yeni maskası

Neokolonializm anlayışı, Edward Said-in “Orientalism” əsərində qeyd etdiyi kimi, Qərbin Şərq üzərində qurduğu bilik və güc münasibətlərinin yeni formasıdır Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət isə bu anlayışın çağdaş praktik nümunəsidir.

Fransa bu siyasətini bir neçə vektor üzrə reallaşdırır:

• Ermənistana hərbi dəstək və silah tədarükü (2023-cü ildə imzalanmış hərbi-texniki əməkdaşlıq sazişi);

• Ermənistanın Aİ və NATO ilə yaxınlaşmasına strateji lobbi dəstəyi;

• Azərbaycana qarşı beynəlxalq tribunalarda selective advocacy (seçici və məqsədli təbliğat) siyasəti.

Bütün bu addımlar Fransa üçün geopolitical leverage əldə etməyin bir yolu, Ermənistan üçünsə bir proxy role (vasitəçi rol) daşıyır.

Ali Baş Komandan İlham Əliyevin liderliyi: Suverenlikdən strateji qələbəyə

Prezident İlham Əliyevin 2020-ci ildə başlayan və 2023-cü ilin sentyabrında Qarabağda tam suverenliyin bərpası ilə nəticələnən proseslərdəki liderliyi realpolitik və hüquqi suverenlik sintezinin nadir nümunəsi kimi qəbul olunur.

Onun rəhbərliyi ilə həyata keçirilən siyasət beynəlxalq münasibətlərdə aşağıdakı anlayışlarla xarakterizə oluna bilər:

• Assertive sovereignty – suverenliyin qətiyyətlə həyata keçirilməsi;

• Strategic autonomy – beynəlxalq güclərdən müstəqil qərarvermə imkanlarının formalaşdırılması;

• Narrative resilience – beynəlxalq informasiya hücumlarına qarşı ideoloji müqavimət.

Ali Baş Komandan kimi İlham Əliyev “victory diplomacy” modelini yaratdı: hərbi qələbə ilə bərabər, siyasi və diplomatik müstəvilərdə də ölkənin maraqlarını qoruyan çoxvektorlu bir sistem.

 Konstitusionalizm və beynəlxalq hüquq: Azərbaycanın legitim əsasları

Azərbaycanın 1995-ci il Konstitusiyası yalnız daxili idarəetmənin deyil, həm də beynəlxalq hüquqla uzlaşan normative legitimacy prinsipinin daşıyıcısıdır. Konstitusiyaya əsaslanan suverenlik iddiası BMT Nizamnaməsinin 2-ci maddəsi ilə də tam uyğunluq təşkil edir.

Fransanın Ermənistan vasitəsilə bu hüquqi reallığı pozmağa çalışması isə international legal nihilism nümunəsidir – yəni beynəlxalq hüququ öz maraqlarına uyğun olaraq tanımaq və ya rədd etmək.

Avropa İttifaqı dəyərlərinə uyğun “rule of law” prinsipini öz ölkəsində müdafiə edən Fransa, Azərbaycanın suveren hüquqlarına münasibətdə bu prinsipi açıq şəkildə pozur. Bu, Joseph Nye-nin dediyi kimi, “soft power hypocrisy” – yumşaq gücün riyakar tətbiqi halıdır.

 İnformasiyanın silaha çevrildiyi cəbhə: media, diaspor və ictimai rəy

Fransa mediası vasitəsilə aparılan kampaniyalar Azərbaycanın “etnik təmizləmə” istiqamətində qurulmuş disinformation strategy-dir. Bu, həm də beynəlxalq rəyin manipulyasiyasına yönəlmiş media neokolonializminin bir təzahürüdür.

Azərbaycan bu istiqamətdə strategic communication metodlarından istifadə edərək aşağıdakı tədbirləri həyata keçirmişdir:

• AŞPA və BMT platformalarında Azərbaycan nümayəndələrinin çıxışları;

• Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəy formalaşdırma fəaliyyəti;

Afrikadan Qafqaza: Neokolonializmin qlobal tənqidi və Azərbaycanın yeni müttəfiqləri

Fransanın Afrikada apardığı francafrique siyasətinə qarşı Niger, Mali, Burkina Faso və digər ölkələrin göstərdiyi müqavimət – qlobal anti-neokolonial cərəyanın güclənməsinə səbəb olub. Azərbaycan bu cərəyanla mənəvi və diplomatik həmrəylik nümayiş etdirərək, beynəlxalq tribunlarda Fransa müstəmləkəçiliyini açıq şəkildə tənqid edir.

Bu yanaşma həm də Azərbaycanın postcolonial diplomacy – yəni müstəqillik sonrası diplomatik fəallıq modelinə keçdiyini göstərir.

Azərbaycanın Fransa neokolonializminə qarşı mübarizəsi əslində bir ölkənin deyil, müstəmləkəçilik siyasətinin qurbanı olmuş Xalqların müdafiəsidir – universal sovereignty. Bu mübarizə:

• Qanuna əsaslanır (rule of law),

• Hüquqa əsaslanır (international legitimacy),

• Xalqa əsaslanır (popular mandate).

Fransa və bəzi Qərb dövlətləri bu reallığı qəbul etməyə çalışmasa da, Azərbaycanın siyasi və hüquqi transformasiyası artıq Avropa üçün də bir modelə çevrilir. Suverenliyin konstitusion əsaslarla bərqərar olması XXI əsrin post-imperial dünya düzənində qlobal trenddir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində aparılan bu strategiya milli iradənin təntənəsidir, eyni zamanda beynəlxalq siyasətdə ədalətin reallıqla bərabərləşməsi uğrunda mübarizənin zirvəsidir.

Atilla Öztürk

siyasi şərhçi, AİSEDA İctimai Birliyinin həmtəsisçisi,

 Naxçıvan Dövlət Universitetininin

“Xüsusi hüquq” kafedrasının müəllimi

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: