Türkiyə limon ixracını dayandırdı

A- A A+

Ticarət tədarükə mənfi təsir göstərən hava şəraiti ilə əlaqədar limon ixracını dayandırır.

Türkiyə Ticarət Nazirliyi artan şaxta hadisələrinin ardından limon ixracının dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb.

NUHÇIXAN Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir ki, Adana, Mersin və Hatayda şaxta limona mənfi təsir edib. Buna uyğun olaraq, daxili qiymət artımının qarşısını almaq üçün limon ixracının dayandırılmasına qərar verilib.

Açıqlamada, "8 aprel 2025-ci il tarixindən etibarən ölkəmizdən ixracın müvəqqəti dayandırılması ilə bağlı qərar verilib. Bazar şərtləri yaxından izləniləcək və lazım gələrsə əlavə tədbirlər görüləcək", - deyilir.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən limon idxal edir. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: