Naxçıvanda şəhid övladları üçün gəzinti təşkil olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, aprelin 6-da Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladlarının Ərəfsə kəndində yerləşən “Aquamarin” ailəvi istirahət mərkəzinə bir günlük gəzintisi təşkil olunub.
Gəzinti zamanı uşaqlar istirahət mərkəzində onlar üçün təşkil edilmiş atraksionlarda əylənib, müxtəlif oyunlarda iştirak ediblər.
Naxçıvan Şəhid Ailələri İctimai Birliyi tərəfindən kəyata keçirilən layihənin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirməkdir.
Qeyd edək ki, şəhid övladlarının asudə vaxtlarını mənalı, xoş keçirmələri üçün ictimai birlik tərəfindən təşkil olunan bu kimi tədbirlər silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.