Məktəblilərlə görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü rəssam Səriyyə Hüseynova və ağac üzərində oyma ustası Ədalət İsmayılov məktəblilərlə görüşüb. Görüş Naxçıvan televiziyasının İncəsənət və musiqi verilişləri redaksiyasının əməkdaşları tərəfindən Şahbuz rayon Yuxarı Qışlaq tam orta məktəbində təşkil edilib.

Dekorativ tətbiqi sənət növləri haqqında verilən ətraflı məlumatlar məktəblilərin sənətə marağını daha da artırıb. Məktəblilər Ədalət  ustanın ağac üzərində oyma işini əyani izləyiblər. Açıq səma altında rəsm çəkərək qabiliyyətlərini nümayiş etdirən uşaqlara isə Səriyyə Hüseynova öz tövsiyyələrini verib.

Belə görüşlərin muxtar respublikamızın digər sərhəd və dağ kəndlərində də təşkil edilməsi nəzərdə tutulub.

                                                          Ulduz Əliyeva

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: