Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinqi şəbəkəsi tərəfindən aprelin 9-da yerli vaxtla saat 04:04-də Lökbatan palçıq vulkanının növbəti püskürməsini qeydə alınıb.
Mərkəzin elektron xidmətlər Şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, püskürmə ayrı-ayrı vaxtlarda 3 fazada qeydə alınıb.
Birinci faza yerli vaxtla 04:04-də, ikinci faza saat 05:20-də, üçüncü faza saat 05:31-də qeydə alınıb. Püskürmənin davamlılığı 3 dəqiqə, dərinliyi 4 kilometr olub.