Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, YAP Kəngərli Rayon Təşkilatı təhsil şöbəsi ilə birlikdə Xocalı  soyqırımına həsr edilən tədbir keçirib.  Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra YAP Kəngərli rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı Sevda Quliyeva Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, bu gün ümumtəhsil məktəblərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilir, “Xocalı qan yaddaşımız” mövzusunda ədəbi-bədii kompazisiyalar təşkil  olunur, videoçarxlar  təqdim edilir. Tədbirlərdə Xocalı dəhşətlərindən, dinc əhalinin öz şəhərlərini son ana qədər necə cəsarətlə qorumasından söhbət açılır.

Tədbirdə məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.

Sonda “Məhv edilmiş şəhər” filmi nümayiş olunub. 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: