Xocalı soyqrımı rəssamların gözü ilə...

A- A A+

NUHÇIXAN xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Xocalını unutma” başlıqlı rəsm sərgisi açılıb. Sərgidə 22 rəssamın 40 sənət əsəri nümayiş olunur.  

Əvvəlcə “Xocalıya qayıdış ” adlı videçarxa baxış olub.      

Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva  bildirib ki, sərgi soyqırımı faktlarının təsviri, zaman-zaman azərbaycanlıların başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın müstəqillik, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə keçirilir.

Sərgidə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi Asim Əliyev, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, İran İslam Respublikasının Naxçıvandakı  Baş konsulluğunun əməkdaşı Məhəmmədrza Pakrəvan və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov Xocalı soyqırımının tariximizdə buraxdığı izlərdən danışıblar.

Şairlərdən Elxan Yurdoğlu, Əbülfəz Ülvi, Vəli Qaraxan və Tofiq Qəbul  Xocalıya həsr etdikləri şeirləri qiraət ediblər. Cəlil İsmayılsoy tarda “Qarabağ şikəstəsi”ni ifa edib.

Qeyd edək ki, sərgi fevralın 27-dək davam edəcək.

 

Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: