Xocalı soyqırımı qurbanlarının xatirəsi Sədərəkdə yad edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, YAP Sədərək Rayon Təşkilatında Xocalı soyqırımının 27-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, Xocalı soyqırımı insanlıq tarixində ən qəddar və amansız terror hadisəsidir. Vurğulanıb ki, bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının Qadınlar Şurasının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, gənclər birliyinin sədri Polad Rzazadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Əjdər Məmmədhəsənov qeyd ediblər ki, 1990-1993-cü illərdə ermənilər Sədərəyə də 14 dəfə hücum edərək rayonu dəfələrlə top atəşinə məruz qoyub, 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdıblar. Həmin illərdə muxtar respublikamızın bütün bölgələrindən, həmçinin ölkəmizin 14 rayonundan Sədərəyə kömək gəlib. Döyüşlərdə 109 nəfər şəhidlik zirvəsinə ucalıb ki, onların 52 nəfəri Sədərək rayonundandır.

Tədbirdə Xocalı soyqırımına həsr olunan film nümayiş olunub.

          Hidayət Seyidov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: