Naxçıvanda fermer təsərrüfatında aşkarlanan 3 bezoar keçisi balası uyğun zamanda təbiətə buraxılacaq - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında fermer təsərrüfatında sürüyə qarışan bezoar keçiləri aşkar olunub. 3 bezoar keçisi balası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, hələki bala olan dağ keçilərinin təbiətə buraxılması onların yaşaması üçün təhlükə təşkil etdiyindən böyüyənə qədər xüsusi qulluq və nəzarətdə saxlanılmaları məqsədəuyğun hesab olunub. 

Onların böyüməsi və təbiətə qaytarılması prosesinə də həssaslıqla yanaşılır. Hazırda keçi balalarının inkişafı üçün lazım olan qidalanma və mühitin yaradılması təmin edilib. Keçilərin gündəlik süd və yem ehtiyacı ödənilir. Bu da balaların tezliklə təbiətə sağlam və güclü şəkildə qaytarılmasına imkan yaradır.

Xatırladaq ki, heyvandarlıqla məşğul olan vətəndaş Qasım Məmmədov bezoar keçilərinin məskunlaşdığı ərazidə mal-qaranın otarılması zamanı sürüyə qarışan bezoar keçisi balalarını götürüb, fermer təsərrüfatı şəraitində saxlayıb və bu barədə Nazirliyə heç bir məlumat verməyib.

Məlumat üçün bildirək ki, vətəndaş Qasım Məmmədov heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etdiyinə və Nazirliyə vaxtında məlumat vermədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsinə əsasən icraat işlər aparılır.

Qeyd edək ki, nadir yabanı fauna növü olan bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: