Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı polis araşdırma aparır

A- A A+

Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı araşdırma aparılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi "BYD" markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və "BYD" markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.

Faktla bağlı Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: