Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Ev Muzeyində böyük yazıçının anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı barədə iştirakçılara geniş məlumat verib.

Sonra Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı”, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli “Cəlil Məmmədquluzadə və sovet dövrü”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Milli oyanış və mənəviyyat mücahidi” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, böyük yazıçının naşiri olduğu “Molla Nəsrəddin” məcmuəsi ilə  dövrünün görkəmli yazıçı və şairləri əməkdaşlıq edirdi. Məcmuə məslək və məramı ilə dövrünün güzgüsü idi. “Molla Nəsrəddin” dövrünün böyük ədəbi simalarını öz ətrafında toplamışdı. Böyük ədibin sovet dövründə yazdığı “Anamın kitabı”, “Dəli yığıncağı” və başqa əsərləri göstərir ki, yazıçı öz məsləkinə, ədəbi ənənələrinə həmişə sadiq qalıb.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları ədibin əsərlərindən nümunələri bədii qiraət etdikdən sonra muzeyin ekspozisiyasına baxış olub.

 

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: