Ordubad SES-in illik 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur - FOTOLAR

A- A A+

Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib. 

O bildirib ki, hesablamalara görə, gücü 36 meqavat olan bu stansiyanın ildə 190 milyon kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur. 

Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.

"Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60 faizi tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".

"Qeyd edək ki, SES-in su anbarının ümumi tutumu 1,5 milyon kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq". - deyə Dövlət Xidmətinin rəsmisi bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: