Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib

A- A A+

Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən, C.Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını təklif edib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, Ceyhun Hüseynov 2023-cü il iyunun 9-da naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.

Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: