Əliabad qəsəbədaxili avtomobil yolunda əsaslı təmir işləri sürətlə davam edir

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bir neçə yerli əhəmiyyətli avtomibil yollarında əsaslı təmir işləri aparılır ki, bunlardan biri də Əliabad qəsəbədaxili avtomobil yoludur.

Əliabad qəsəbəsində yerləşən və ümumi uzunluğu 9.6 kilometr olan avtomobil yolunda əsaslı təmir işləri aparılır. Layihənin məqsədi vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etməkdir.

NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Əli İbrahimbəyli bildirib. 

O qeyd edib ki, hazırda yolda ikinci qat asfalt örtüyünün salınması işləri həyata keçirilir. Artıq 3 kilometrlik hissəyə ikinci qat asfalt döşənib. Bununla yanaşı, yol çiyinlərində torpaq işləri aparılır, həmçinin yağış sularının kənarlaşdırılması məqsədilə beton su kanalları və su keçidləri quraşdırılıb.

"İşlərin qısa müddətdə yekunlaşdırılması üçün aidiyyəti üzrə agentliyin xüsusi texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Təmir-tikinti işləri başa çatdıqdan sonra vətəndaşlar bu yoldan daha komfortlu şəkildə istifadə edə biləcəklər". - deyə Agentliyin rəsmisi bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: