Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində təhsil alan tələbələr üçün master-klas təşkil edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin  14-də Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə jurnalistika fakültəsində təhsil alan tələbələr üçün “Azərbaycan Respublikasının Konstitusiyası: Dövlət və Cəmiyyət üçün Əhəmiyyəti” mövzusunda master-klas keçilib.

Açılış nitqi il çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə diqqət çəkərək bu istiqamətdə medianın maarifləndirmə funksiyasının əhəmiyyətini vurğulayıb, konstitusion dəyərlərin təbliği, cəmiyyətin inkişafı və qanunçuluq prinsipinin möhkəmləndirilməsində onun xüsusi rolunu qeyd edib.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev qeyd edib ki, çağdaş dövrdə milli maraqların müdafiəsi və informasiya təhlükəsizliyinin təmin olunması medianın üzərinə xüsusi vəzifələr qoyur.

Daha sonra mühazirə ilə çıxış edən Xətai rayon məhkəməsinin hakimi, dosent Samirə Eyvazova isə diqqətə çatdırıb ki, bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O həmçinin qeyd edib ki, sözügedən sərəncam ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna ifadə edərək, suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması üçün bir fürsət kimi dəyərləndirilə bilər.

İnteraktiv formada keçən mühazirədə tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: