Naxçıvan Muxtar Respublikası Prokurluğunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan muzeyi ziyarət edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurluğunun əməkdaşları Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən "Heydər Əliyev və Naxçıvan" adlı qısametrajlı filmi nümayiş olunub. Sonra isə Muzeydə Dahi liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən materiallarla yanaşı, Ümummilli Liderə məxsus şəxsi əşyalar və digər mühüm eksponatlarla tanış olublar.
Sonda xatirə fotoşəkili çəkdirilib.