Babək rayonunun Nəhəcir kəndində elektrik təsərrüfatı yenidən qurulur - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən muxtar respublikanın bölgələrində elektrik enerjisi təminatının gücləndirilməsi istiqamətində şəbəkələr üzrə istismar müddətini başa vurmuş yarımstansiyaların və elektrik verilişi xətlərinin yenidənqurulması işləri aparılır.
Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün bu çərçivədə Babək Rayon Elektrik Şəbəkəsi tərəfindən rayonunun Nəhəcir kəndində də elektrik təsərrüfatı yenidən qurulur.
Hazırda kənddə özünüdaşıyan izolyasiyalı naqilli hava elektrik verilişi xətləri çəkilir, istismar müddətini bitirmiş dayaqlar yeni metal dayaqlarla əvəz olunur, həmçinin həyətyanı sahələrdən keçən yüksəkgərginlikli elektrik verilişi xətləri təhlükəsizlik məqsədilə həyətlərdən kənara çıxarılır.