Batabatda qarın hündürlüyü 7 santimetr olub - FOTOLAR

A- A A+

Aprelin 16-ı saat 07:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata əsasən Ordubad və Şahbuz rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Qarın hündürlüyü Batabat yaylağı ərazisində 7, Biçənəkdə 3, Küküdə 2, Parağaçayda 3 santimetr olub.

Muxtar respublika ərazisində hava şəraitinin yağıntılı olacağı, aprel ayının 17-də yağıntıların tədricən azalacağı gözlənilir. Aprelin 18 və 19-da hava şəraitinin yağmursuz keçəcəyi 20-də qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: