Yevlax rayonunda sərnişin avtobusu aşıb, xəsarət alanlar var.
TƏBİB-dən NUHÇIXAN-a bildirilib ki, qəza zamanı xəsarət alanlara ilkin tibbi xidmət göstərilib.
Qeyd olunub ki, aprelin 16-da saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5 qadın, 3 kişi) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər bir şəxsə ilkin tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.