Şabranda sel təhlükəsinə qarşı tədbirlər görülür: 30-a yaxın evin sakini təxliyə olunur - FOTOLAR
Şabranda sel suları ciddi fəsadlar törədib. Dəvəçi çayına gələn güclü sel suları Şabran şəhəri ərazində evlərin həyətinə, zirzəmisinə və kommersiya obyektlərinə dolub.
NUHÇIXAN-ın məlumatına görə, Rayon icra hakimiyyəti başçısının müavini İlkin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sel sularının səviyyəsi getdikcə artdığından hazırda çayın sahilində yerləşən 30-a yaxın evdə yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunurlar.
Əraziyə Şabran rayon Fövqəladə Hallar Komissiyasının, digər əlaqədar qurumların nümayəndələri və texnikalar cəlb olunub.
Sel rayonun Xəlifələr kəndində də fəsadlar törədib, ərazidəki körpünü sel aparıb.