"Ekranı bağla, Həyatı aç" layihəsi çərçivəsində tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, "Ekranı bağla, Həyatı aç" layihəsi çərçivəsində Naxçıvan şəhərində şagirdlərin ekran xaricindəki fəaliyyətlərə cəlb olunması məqsədilə xüsusi Ekrana Alternativ Tədbir təşkil olunub. Təbiət qoynunda baş tutan bu tədbirdə məktəblilər idman və incəsənət fəaliyyətlərində iştirak edərək həm fiziki, həm də yaradıcı bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Şagirdlər bu tədbir vasitəsilə ekran olmadan da nə qədər xoşbəxt ola biləcəklərini özləri yaşamış və başqalarına da göstərmişlər.

Tədbir, uşaqlarda texnologiya ilə balanslı münasibət formalaşdırmaq, sosial ünsiyyət, hərəkətli yaşam və yaradıcı ifadə bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Təşkil olunan fəaliyyətlər uşaqlara təbiətlə təmasda olmağın, real ünsiyyətin və aktiv həyat tərzinin nə qədər dəyərli olduğunu bir daha nümayiş etdirmişdir.

Xatırladaq ki, Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Turanə Atakişiyeva tərəfindən həyata keçirilən "Ekranı bağla, Həyatı aç" layihəsi həmin məktəbdə icra olunur. Layihənin əsas məqsədi şagirdlərin ekran qarşısında keçirdikləri vaxtı şüurlu şəkildə azaltmaq, onları ekrandan kənar sağlam, sosial və yaradıcılıq əsaslı fəaliyyətlərə təşviq etmək və həyatlarının çox hissəsində ekranı bağlayıb, həyatı açmalarına dəstək olmaqdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: