Çərçiboğan kəndində yeni qızılgül bağı salınıb

A- A A+

Muxtar respublikada gülçülüyün inkişaf etdirildiyi rayonlardan biri də Şərurdur. Rayonunun təbii iqlim şəraiti bu sahənin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir.

NUHÇIXAN xəbər verir ki,  bu gəlirli sahə ilə məşğul olan torpaq mülkiyyətçilərindən biri də  Çərçiboğan kənd sakini Muqbil Zamanovdur. Dövlətin torpaq mülkiyyətçilərinə göstərdiyi qayğıdan bəhrələnən  təsərrüfat rəhbəri  0.5 hektarlıq sahədə yeni qızılgül bağı salıb. Bunun üçün əvvəlcədən ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. Bağda  4 mindən artıq qızılgül kolu əkilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: