Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 21-də saat 10:00-dan Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin binasında Naxçıvan Muxtar Respublikası sakinlərinin qəbulunu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı nazirliyin binasında aprelin 20-də saat 11:00-dan başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə: tel: +994 (12) 512-01-14, e-mail: [email protected]