NUHÇIXAN xəbər verir ki, Babək Rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95”devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının rayon birinciliyi keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov keçirilən oyunların mahiyyəti barədə məlumat verib.
Sonra 60-dan çox yeniyetmənin iştirak etdiyi olimpiada çərçivəsində yarışlar “Poliqon” Strateji, “Vətəni tanı” və “Xəmsə” Milli İntellektual Oyunları üzrə vahid turnir şəkilində keçirilib.
“Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası I , 1 nömrəli tam orta məktəbin komandası II, Şıxmahmud kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
“Poliqon” Strateji İntellekt Oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Babək qəsəbə 1 nömrəli tam orta məktəbin komandası I, 2 nömrəli tam orta məktəbin komandası II, Şıxmahmud kənd tam orta məktəbin komandası isə III yerə çıxıb.
“Vətəni tanı” İntellektual oyununda isə pazl şəkilində olan Azərbaycanın xəritəsini daha tez və tam olaraq quran Babək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası I , 1 nömrəli tam orta məktəbin komandası II, Cəhri kənd 1 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanlar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən olan bədii kitablar təqdim olunub.
Cavid Səfərli