Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs saxlanılıb

A- A A+

Aprelin 19-da Ağstafa rayonunun Aşağı Göycəli kəndində keçirilən toy mərasimində 2 yaşlı qız uşağının oğurlanması ilə bağlı məlumat yayılıb.

NUHÇIXAN xəbər verir ki, 57 yaşlı Telman Omarov azyaşlını mərasimdən oğurlayaraq yaşadığı ünvana aparıb. Uşağı geri almaq üçün evinə gələn valideynlərin qarşısını almaq məqsədilə T.Omarov həyətində saxladığı iti onların üzərinə buraxıb.

Hadisə zamanı sərxoş vəziyyətdə olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Azyaşlı valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: