Dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayondakı məktəb və bağçalarda virus infeksiyalarına qarşı qabaqlayıcı profilaktik tədbirlər aparıb.
Mərkəzin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yeməkxanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri görülüb. Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılıb. Kəskin resperator virus infeksiyası xəstəliyinin etio-patogenezi, epidemiologiyası, klinika, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında məlumat verilib.
Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.
Röyal Kərimov