Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü

A- A A+

Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

NUHÇIXAN-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: