Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Yuxarı Əylis kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Aşağı Əylis kəndindən olan seçicilər də iştirak ediblər.

Millət vəkili daha sonra Kotam kəndində seçiciləri ilə görüşüb. Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov da görüşlərdə iştirak edib.

Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: