NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında yol mədəniyyətini formalaşdırmaq məqsədilə “Yol hərəkəti qaydaları və mən” adlı televiktorina keçirilib.
Çıxış edənlər bildiriblər ki, belə viktorinaların keçirilməsində məqsəd muxtar respublikada piyadaların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması, orta məktəblərdə yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar şagirdlərin maariflənməsindən ibarətdir.
Televiktorinada məktəbin ibtidai sinif şagirdlərindən ibarət 4 komanda iştirak edib. “Əlincə”, “Batabat”, “Nuh yurdu” və “Gəmiqaya” komandalarına yol hərəkəti qaydalarından bəhs edən 4 mövzudan ibarət 20 sual təqdim olunub.
Oyunun nəticələrinə əsasən “Əlincə” komandası 1-ci yerə laiq görülərək təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb və may ayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Ərhan Novruzov