Azərbaycanda daha bir yayımçıya universal platforma operatoru lisenziyası verilib

A- A A+

“Digitürk Azərbaycan” MMC-yə universal platforma operatoru lisenziyası verilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Audiovizual Şura qərar qəbul edib.

Bildirilib ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya "Digitürk Azərbaycan" MMC tərəfindən edilmiş müraciət müzakirə olunub.

Sənədlərə və müvafiq şöbələrin hazırladıqları rəylərə baxışdan sonra "Digitürk Azərbaycan" MMC-yə universal platforma operatoru lisenziyasının verilməsi barədə qərar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: