"İstilik təchizatı haqqında" qanunun qəbulunun mümkün nəticələri açıqlanıb

A- A A+

Azərbaycanda "İstilik təchizatı haqqında" qanunun qəbulu ilə mərkəzi istilik təchizatı sistemlərindən istifadə genişlənəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, qanunu qəbulu ilə özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi, əlverişli investisiya mühitinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, istehlakçıların hüquqlarının müdafiəsi, bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi, istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: