Beynəlxalq Qadın Klubu Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı beynəlxalq simpoziumda iştirak edəcək
Beynəlxalq Qadın Klubunun (BKQ) üzvlərindən ibarət nümayəndə heyəti fevralın 26-27-də Türkiyənin Giresun Universitetində keçiriləcək III Beynəlxalq Xocalı soyqırımı və türk dünyası simpoziumunda iştirak edəcək.
Klubun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, simpoziumda BQK-nin sədri Əsmayə Cavadovanın çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, Giresun Universitetində artıq ənənəvi olaraq üç ildir həyata keçirilən simpozium türk dünyasının birliyinin göstəricisidir.