Naxçıvanda güclü külək ağacı aşırıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün günorta saatlarında Naxçıvan şəhərində müşahidə olunan güclü külək nəticəsinə Mirzə Ələkbər Sabir küçəsində ağacın aşması qeydə alınıb.
Hadisə yerinə cəlb olunan Naxçıvan Yaşıllaşdırma Xidmətinin əməkdaşları
dərhal sınmış ağacları kəsərək ərazini təmizləyib. Budaqları qırılan ağaclarda isə budanma işləri aparılıb.