Naxçıvanda avtomobil iki tələbəni vurub - FOTOLAR
Naxçıvan şəhərində ağır yol qəzası baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobil yol qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.