Qazaxın işğaldan azad olunan kəndlərinin sakinləri səyyar “ASAN xidmət”dən yararlanıblar - FOTOLAR

A- A A+

Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana geri qaytarılıb.

Aprelin 28-də Qazax rayonunda fəaliyyət göstərən səyyar “ASAN xidmət” çərçivəsində Aşağı Əskipara və Xeyrımlı kəndinin sakinlərinə xidmət göstərilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, rayonun Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar. Həmin təşəbbüs Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçib.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: