Tumbul kəndində fərdi yaşayış evində yanğın olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Tumbul kəndində fərdi yaşayış evində yanğın hadisəsin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində ümumi sahəsi 250 m² olan bir mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin bir otağının 12 m² sahəsi yanıb. Evin 238 m² olan hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə bölmələri tərəfindən yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: