Avropa İttifaqı Brexiti 2021-ci ilə keçirmək barədə düşünür

A- A A+

Avropa İttifaqının yüksək vəzifəli məmurları Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması prosesinin 2021-ci ilə qədər təxirə salınması planını müzakirə edir.

NUHÇIXAN xəbər verir ki, “The Guardian” qəzeti bu barədə avropalı diplomatlara istinadla məlumat yayıb.

Hazırda Brexit 2019-cu il martın 29-na planlaşdırılıb, bundan sonra isə 21 ay müddətinə keçid dövrü başlayacaq. Brüssel bu tarixin təxirə salınması variantını nəzərdən keçirir. Əlavə vaxt Böyük Britaniya və Avropa İttifaqına gələcək münasibətlərə dair qaydalar hazırlamağa imkan verəcək.

Brexitin təxirə salınmasının tərəfdarları arasında Avropa Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının Baş katibi Martin Zelmayrın adları çəkilir.

Avropa İttifaqının diplomatik dairələrinin nümayəndələri Londonun müraciət edəcəyi və Aİ-nin tərkibindən çıxma planına dəyişiklik olunacağı təqdirdə Brexit prosesinin təxirə salınmasına səs verəcəklərini bildiriblər. Lakin onlar müvafiq müraciət olmadan heç bir addım ata bilmirlər.

Böyük Britaniyanın Baş naziri Tereza Mey milli parlamentin martın 12-dən gec olmayaraq Brexit planı barədə qərar verəcəyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın dörd nüfuzlu naziri ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə yol verməmək üçün hökumət başçısı Tereza Meydən Brexit vaxtını təxirə salmağı tələb etmişdi. Əmək və təqaüd işləri naziri Ember Radd, lord-kansler və ədliyyə naziri Devid Qok, biznes, energetika və sənaye strategiyası məsələləri naziri Qreq Klark və Şotlandiya məsələsi üzrə nazir Devid Mandellin sözlərinə görə, parlament üzvlərinin əksəriyyəti sərt Brexit variantına üstünlük verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: