Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ABŞ-ın San-Xose şəhərində mitinq təşkil olunub - FOTOLAR

A- A A+

Kaliforniya ştatının San-Xose şəhərinin meriyası qarşısında Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar mitinq keçirilib.

NUHÇIXAN xəbər verir ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil olunmuş aksiyada San-Fransisko, San-Xose və Şimali Kaliforniyanın digər şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

Aksiya iştirakçıları 27 il əvvəl törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunmasını, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə və münaqişə ilə bağlı digər qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsini tələb ediblər.

Qeyd edək ki, Xocalı soyqırımının qurbanlarına həsr olunmuş anım mitinqi San-Xose şəhərinin meriyası qarşısında ilk dəfə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: