"D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlanıb

A- A A+

"D" vitamini sümüklərin, dişlərin və immun sisteminin sağlamlığının qorunmasında əsas rol oynayır. Onun çatışmazlığı uşaqlarda raxit və böyüklərdə osteoporoz kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bəs "D" vitamini çatışmazlığını necə aradan qaldırmaq olar?

NUHÇIXAN-ın NEWS.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı həkim Olqa Çirkova bununla bağlı danışıb.

Həkimin sözlərinə görə, dərinin quruması, saç tökülməsi, sümük əriməsi (osteoporoz), xroniki ağrılar, əzginlik, əzələ zəifliyi, yuxu pozuntuları, əsəbilik və hətta depressiya "D" vitamininin azlığından xəbər verə bilər.

"Düzgün qidalanma və günəş şüalarından faydalanmaq bu problemi aradan qaldırmaqda əsas rol oynayır. "D" vitamini çatışmazlığının qarşısını almağın ən dadlı yollarından biri isə yağlı balıq növlərini qidalanmaya daxil etməkdir. Bundan əlavə, rasiona mütləq yumurta sarısı, kərə yağı, bərk pendir və xama da daxil edilməlidir", - deyə həkim bildirib.

Olqa Çirkovanın dediyinə görə, dünyada bir milyarddan çox insanın orqanizmində "D" vitamini çatışmır.

"Bu vəziyyətin əsas səbəbləri arasında günəş işığının kifayət qədər qəbul olunmaması dayanır. Bəzən bu, çox qapalı və tünd geyim seçimlərindən, bəzən isə açıq havada az vaxt keçirməkdən qaynaqlanır", - deyə həkim vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: