İntiqam Babayevə yeni vəzifə verilib

A- A A+

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin edilib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, İntiqam Babayev bu vəzifəyə təyinat alıb.

Xatırladaq ki, İntiqam Babayev 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1996-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1997-2001-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alıb.

İ.Babayev 1994-1998-ci illərdə Bakı Gənclər Klubunun, 1995-1998-ci illərdə Gənclər Təşkilatları Milli Şurasının sədri olub. 1998-1999-cu illərdə Gənclər və İdman Nazirliyində Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyası partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 2000-2021-ci illərdə gənclər və idman nazirinin müavini olub.

İ.Babayev 2-ci və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Qeyd edək ki, İ.Babayev aprelin 14-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsindən azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: