Faktdan böyük fakt yoxdur, yaxud saxtakar kimdir?! - VİDEO

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, bu gün saytların birində Naxçıvanın müasir mənzərəsi qonşu ölkələrin muxtar respublika ilə sərhəddə yerləşən şəhərləri ilə müqayisə olunub. Öz müsahibəsində deputat-müsahib deyib:  

“Sanksiyalar altında yaşayan İran Culfasına və bizim Culfaya baxıb müqayisə aparın. Orada çoxmərtəbəli binalardan yeni bir şəhər salınıb. İğdıra baxın, azad iqtisadi zona və sərhədyanı ticarət hesabına görün onlar necə inkişaf edib. Naxçıvan MR-də neçə hündürmərtəbəli bina tikilib, istehsal və emal müəssisələrində nə qədər insan çalışır? Onlar sosial müdafiə fonduna nə qədər vəsait ödəyir? Saxta rəqəmlərlə iş düzəlməyəcək”.

Müsahibədə həmçinin Naxçıvan televiziyasının açılan polemika ilə bağlı bundan əvvəl təqdim etdiyi videoları da qənaətbəxş hesab etməyən deputat deyib:  “Məni təkzib etməyin ən gözəl və sadə yolu təkzibedici faktların nümayiş etdirilməsidir”.

Biz nə saxta rəqəmləri sadalayırıq, nə də söz deyirik. Görünən kəndə bələdçi lazım deyil. Buyurun, muxtar respublikanın təkcə 2018-ci ildəki sosial-iqtisadi inkişafını bu videodan izləyin.

Qeyd edək ki, növbəti videosujetdə Naxçıvan kəndlərində qurulan müəssisələr, ailə təsərrüfatları, yeni tikilən hündürmərtəbəli yaşayış binaları, təqüdçülər evləri, internat və peşə məktəbləri, şərab və araq istehsalı zavodları, vərəm xəstəliyinin tüğyan etdiyi çayçıları əvəz edən müasir kafe və restoranlar, yeni qurulan meyvəqurutma və ət  konserv zavodlarının görüntülərini sizə təqdim edəcəyik.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: