Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlarla birlikdə ölkə ərazisində toksiki maddələrin qadağa siyahısını hazırlayıb.
NUHÇIXAN xəbər verir ki, bunu AQTA-nın sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, siyahı Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib, 230-dan artıq kimyəvi-toksiki maddənin ölkəyə idxalı və istifadəsi qadağan edilib.
"Müxtəlif dövlət qurumlarının iştirakı ilə Azərbaycan ərazisində Sovet dövründən qalmış pestisidlərin 14 məntəqədə qəbirstanlığını aşkar etmişik. Artıq 2 məntəqədə - Ağstafa və Beyləqan rayonlarında çirklənməni aradan qaldırmışıq", - deyə AQTA rəsmisi əlavə edib.